Yaponiyada sunami başlayıb - YENİLƏNİB
Operativ Media

Yaponiyanın şimal-şərqində 40 santimetrlik ilk sunami dalğası qeydə alınıb.
Operativ Media xəbər verir ki, seysmik hadisə Aomori prefekturasında baş verib və sunami 40 santimetrə çatıb.
Hokkaydo prefekturasında da 20 santimetrlik sunami dalğası qeydə alınıb.
Milli Meteorologiya Agentliyi təxminən üç metr hündürlükdə sunami dalğasının Yaponiyanın şərq və şimal-şərq sahillərinə doğru hərəkət etdiyini bildirib.
19:03
Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsinin məlumat yayıb.
Sunami xəbərdarlığı edilib.